Topaz Premyer Liqasında 2018-ci ilin komandası müəyyənləşib. Matç.az saytı xəbər verir ki, bu il keçirilən çempionat oyunlarına əsasən "Neftçi" ən yaxşı olub.
Paytaxt təmsilçisi 2017/18 mövsümünün ikinci yarısında 30, 2018/19 mövsümünün ilk 14 turunda 33 xal qazanıb. 28 görüşdə 19 qələbə qazanıb, 6 heç-heçə edib, yalnız 3 dəfə uduzan bakılılar 48 qolla məhsuldarlıqda da 1-ci olub.
"Neftçi" son illərdə həm mövsümdə, həm il ərzində ən yaxşı olan "Qarabağ"ı arxada qoyub. Ağdam təmsilçisi ötən mövsümün sonunda 2, cari mövsümün əvvəlində 3 xal az toplayıb. Əyalət klubu ən az qol buraxmaqda hamıdan üstün göstəriciyə imza atıb.
"Keşlə", "Sumqayıt" və "Qəbələ" bu il eyni xala malik olub. Əlavə göstəricilər - qələbə sayı və top fərqinə görə bakılılar 3-cü, sumqayıtllar 4-cü, qəbələlilər 5-cidi.
Qeyd edək ki, 2018-ci ildə keçirilən 112 qarşılaşmadan ikisində texniki nəticə qeydə alınıb. Digər 110 oyunda 249 qol vurulub.
1 |
Neftçi |
28 |
19 |
6 |
3 |
48-22 |
63 |
2 |
Qarabağ |
28 |
17 |
7 |
4 |
44-18 |
58 |
3 |
Keşlə |
28 |
9 |
8 |
11 |
36-38 |
35 |
4 |
Sumqayıt |
28 |
9 |
8 |
11 |
30-36 |
35 |
5 |
Qəbələ |
28 |
8 |
11 |
9 |
32-30 |
35 |
6 |
Səbail |
28 |
8 |
7 |
13 |
20-32 |
31 |
7 |
Zirə |
28 |
5 |
9 |
14 |
25-41 |
24 |
8 |
Sabah |
14 |
5 |
2 |
7 |
12-20 |
17 |
9 |
Kəpəz |
14 |
1 |
4 |
9 |
8-18 |
7 |