22 Oktyabr 2020, 10:06
AVROPA LİQASI
"Vilyarreal" həqiqətən yaxşı oynayır. Mükəmməl heyəti var. Baş məşqçisi Unay Emeri avrokuboklarda böyük təcrübəyə malik mütəxəsissdir. Amma biz də mübarizə aparacağıq".
Matc.az xəbər verir ki, bu sözləri Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza çalımbay UEFA Avropa Liqasının İ qrupunda ilk turun İspaniya "Vilyarreal"ı ilə oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
UEFA-nın Dağlıq Qarabağ münaqişəsinə görə "Qarabağ"ın ev oyununu neytral meydana salmasına da münasibət bildirən 57 yaşlı mütəxəssis müharibəyə nifrət etdiyini söyləyib: "Hər şeydən əvvəl baş verənlər üzücüdür. Burada əsas olan futbol deyil, müharibənin bitməsidir. Ortaq məxrəcə gələ bilmirlər, atəşkəs elan olunmur. Harada oynamağımızın fərqi yoxdur. Bütün matçlara final görüşü kimi çıxacağıq. Bilirsiniz ki, Azərbaycan ilə qardaşıq".
Qeyd edək ki, bu gün keçiriləcək "Vilyarreal" - "Sivaspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ" Sivas təmsilçisi ilə noyabrın 5-də səfərdə, 26-da isə Azərbaycanda və ya neytral meydanda qarşılaşmalıdır.