“Real Madrid”in əfsanəvi futbolçusu Raul Qonsales İspaniyanın “Real Oviedo” klubunun baş məşqçisi təyin olunub. Matc.az xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Raul bu vəzifədə istefaya göndərilən Xulian Kalero Martinin əvəzləyib. Maraqlıdır ki, Kalero komandanın “Kadis” üzərində 2:1 hesablı qələbəsindən sonra vəzifəsindən ayrılıb.
Bu, Raulun peşəkar futbolda ilk baş məşqçilik təcrübəsi olacaq. O, 2018-ci ildən “Real Madrid”in akademiyasında çalışıb, daha sonra klubun ikinci komandası “Kastilya”ya rəhbərlik edib. Mütəxəssis 2020-ci ildə Madrid təmsilçisinin U-19 komandası ilə UEFA Gənclər Liqasının qalibi olub.
Raulun yeni komandasında ilk oyunu noyabrın 14-də “Jirona”ya qarşı olacaq. Qarşılaşma “Real Oviedo”nun meydanında keçiriləcək.













