İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fatiyə qarşı irqçilik edən jurnalist Salvador Sostresi məhkəməyə verməyə hazırlaşır.
 
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
 
ABC nəşrində çalışan jurnalist Sostres çempionlar Liqasının "Barselona" – "Ferentsvaroş" matçı (5:1) haqda danışarkən Fatiylə bağlı belə bir ifadə işlədib:
 
"Ansu bir ceyran kimi qaçır. Qrasia küçəsində polisdən qaçarkən su satdığını söyləyən qara uşaqlar kimi qaçır".
 
Artıq jurnalist Sostres "Barselona"dan və Fatidən üzr istəyib. Lakin bu, onun məhkəmədən xilası üçün kifayət etməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest