22 Oktyabr 2020, 19:22
ÇEMPİONLAR LİQASI
İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior UEFA çempionlar Liqasında yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, 20 yaşlı hücumçu buna sözügedən turnirin qrup mərhələsinin ilk turunda Donetsk "Şaxtyor"una (Ukrayna) 2:3 hesabı ilə uduzduqları görüşdə nail olub.
Braziliyalı forvard 59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra qol vurub. Bu, rəsmi statistikaların qeydə alınmağa başladığı 2006/07 mövsümündən sonra rekord sayılır.
Vinisius Junior 2018-ci ildən "Real"ın uğurları üçün çalışır.