Türkiyənin "Trabzonspor" klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Abdulla Avcı çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 57 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Abdulla Avcı son olaraq "Beşiktaş"ın baş məşqçisi olub. O, Trabzon təmsilçisində bir neçə gün öncə istefaya göndərilmiş Eddi Nyutonu əvəz edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest