10 Noyabr 2020, 20:29
FUTBOL
Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə seçkilərin 19-26 dekabrda gerçəkləşəcəyi diqqətə çatdırılıb. "Sarı-qırmızılar"da prezidentliyə iki namizəd var. Bunlardan biri indiki prezident Mustafa Cengiz, digəri isə klubun İdarə Heyətinin sabiq üzvü Burak Elmasdır.