Türkiyənin "Başakşəhər" və "Kayserispor" klublarında bəzi futbolçular koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçilərinin mətbuat xidməti məlumat yayıb.
 
Son Türkiyə çempionu olan "Başakşəhər"də bir futbolçunun koronavirus testi pozitiv nəticə verib. "Kayserispor"da isə bir futbolçunun və bir məşqçinin koronavirusa yoluxduğu müəyyənləşib. Adları açıqlanmayan həmin şəxslərin hamısı karantinə alınıb və müalicələrinə start verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest