Avropa Liqasının qrup mərhələsində növbəti matçını Təl-Əviv "Makkabi"sinə qarşı keçirəcək "Qarabağ"ın səfər planı bəlli olub.
 
Matc.az xəbər verir ki, Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar rəqibini Türkiyənin İstanbul şəhərində qəbul edəcək Ağdam təmsilçisi matçdan bir gün öncə – dekabrın 2-də səhər saatlarında qonşu ölkəyə yola düşəcək.
 
Həmin gün baş məşqçinin mətbuat konfransı və komandanın oyunöncəsi son məşqi nəzərdə tutulub.
 
"Qarabağ" görüşdən bir gün sonra vətənə dönəcək. "Atlılar" Bakıya yox, birbaşa Qəbələyə uçacaq. Premyer Liqanın 10-cu turunda dekabrın 6-da "Qəbələ"nin qonağı olacaq komanda İstanbuldan birbaşa ora yollanmağı planlaşdırır.
 
Dekabrın 3-də "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" – "Makkabi" matçına saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest