İspaniya La Liqasının 12-ci turu çərçivəsində "Valyadolid"lə qarşılaşacaq "Atletiko" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, hücumçu Yannik Karrasko zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
UEFA çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən "Bavariya" ilə oyunda (1:1) zədələnən 27 yaşlı futbolçu komandanın son məşqinə qatılmayıb. Dizindən zədələnən futbolçunun hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.
 
Bu gün keçiriləcək "Atletiko" – "Valyadolid" oyunu saat 21:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest