Futbol üzrə ABŞ çempionatının - MLS tarixinin ən yaxşı qolu məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
İsveçli hücumçu Zlatan İbrahimoviçin "Los Anceles Qalaksi" forması ilə 2018-ci ilin martında "Atlanta Yunayted"lə matçda vurduğu qol turnirin tarixinin ən yaxşı qolu seçilib.
 
İbrahimoviç, 2018-ci ilin martından 2020-ci ilin yanvarına qədər "Los Anceles Qalaksi"də çıxış edib. 39 yaşlı hücumçu hazırda İtaliyada "Milan" klubunun şərəfini qoruyur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest