İtaliyanın "Cenoa" klubu baş məşqçisi Rolando Maranla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, komandanın uğursuz çıxışına görə Maranın istefaya göndərildiyi bildirilib. 57 yaşlı mütəxəssis avqustdan sözügedən komandaya rəhbərlik edirdi.
 
"Cenoa" İtaliya A Seriyasında 13 turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest