Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatıb. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionatının ən yüksək dəstəsində 4-cü mövsümünü keçirən "Zirə" qış fasiləsinə qədər 14 oyun keçirib.

Bu matçların birinin – "Səbail"lə görüşün nəticəsi ləğv edilib. Digər 13 qarşılaşmada bakılıların heyətində 20 futbolçu iştirak edib. Qapıçı Anar Nəzirov bütün oyunlarda iştirak edən yeganə futbolçudu. 13 oyunun hamısına kapitan kimi başlayan qolkiper yalnız bir dəfə əvəzlənib. Adil Nağıyevlə Sadio Tounkara hərəyə 12 oyunda şans qazanıb.

Mövsümün ilk yarısında "Zirə"nin 8 futbolçusu qol sevinci yaşayıb. Komandanın ən yaxşı bombardiri Mirsahib Abbasovdu. Onun hesabında 3 qol var. Tellur Mütəllimovla Aleksandr Dedov hərəyə 2 dəfə fərqlənibsə, digər 5 oyunçu 1 qolun sevincini yaşayıb.

Qeyd edək ki, nəticəsi ləğv olunan görüşdəki oyun və qol sayında nəzərə alınmır, vərəqələr isə futbolçuların passivində qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest