09 Oktyabr 2018, 13:40
MPL
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının VII turunda baş verənlər də müzakirə olunub.
"Sabah"la ev matçının 75-ci dəqiqəsində "Neftçi"nin qırmızı vərəqə alan futbolçusu Slavko Braliç 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.
"Zirə"ylə görüş başa çatdıqdan sonra "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov oyun sonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimələnib.