Almaniya Bundesliqasının 24-cü turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Bavariya" və Dortmund "Borussiya"sı arasında olub. 6 qolun vurulduğu görüşdə sevinən tərəf Münhen təmsilçisi olub – 4:2. "Bavariya"nın hücumçusu Robert Levandovski görüşdə het-triklə yadda qalıb. 

Statistika portalı "Opta"nın xəbərinə görə, Levandovski dortmundlulara qarşı keçirdiyi 14 görüşdə 20 qol vurub və Bundesliqa tarixində heç bir futbolçu bunu bacarmayıb.

Bundesliqanın cari mövsümündə Robert 23 oyunda 31 qol vurub, 6 məhsuldar ötürmə verib. Onun çempionlar Liqası görüşlərində  hesabında 4 qol var.

"Marca", "The Guardian", "Globe Soccer" kimi bir çox populyar nəşr və portallara görə, Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu adını qazanıb. Beynəlxalq İdman Mətbuatı tərəfindən ilin ən yaxşı idmançısı və FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçildi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest