Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın "Barselona" klubu ilə cavab oyunu Fransa çempionu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçda komandasının yeganə qolunu 25-ci dəqiqədə penaltidən dəqiq yararlanan Mbappe vurub.
 
Bununla da fransız futbolçu Avropanın ən nüfuzlu klub turnirində vurduğu qolların sayını 25-ə çatdırıb. O, çL-də 25 qol vurmağı bacaran ən gənc (22 yaş 80 gün) futbolçuya çevrilib.
 
Bundan əvvəlki rekord Lionel Messiyə (22 yaş 286 gün) məxsus idi.
 
Kilian Mbappe həm də UEFA çempionlar Liqasında bir mövsüm ərzində "Barselona"ya 4 qol vurmağı bacaran ilk futbolçu olub. O, səfərdə 4:1 hesablı qələbəyə sevindikləri görüşdə də het-trikə imza atmışdı.
 
Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-də 33 oyuna çıxıb və 26 qola imza atıb, 9 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest