Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XVII tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun son matçında "Turan Tovuz" doğma meydanda "Sabah"ın əvəzediciləri ilə qarşılaşıb.
 
Bu qarşılaşma əslində ötən gün keçirilməli idi. Lakin Tovuzdakı güclü qar səbəbindən oyun bu günə təxirə salınmışdı. Nəhayət, bu gün keçirilən matçda meydan sahibləri minimal hesabla qələbə qazanıblar.
 
I Divizion
XVII tur
13 mart
 
Turan Tovuz - Sabah-2 1:0
Qol: Nurlan Şabanov, 10
 
Turun digər nəticələri:
 
"Qaradağ Lökbatan" - "Zaqatala" 3:2
"Kəpəz" - "Neftçi-2" 0:3
"Sumqayıt-2" – MOİK 0:1
"Keşlə-2" "Qarabağ-2" 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest