Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasının yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Adi Hütterlə anlaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hütter yeni mövsümdən "Borussiya"ya rəhbərlik edəcək.
 
Hazırda "Ayntraxt"ı (Frankfurt) çalışdıran Hütter "Borussiya"da baş məşqçi postunda Marko Rozeni əvəzləyəcək. Roze isə yeni mövsümdən Dortmund "Borussiya"sının baş məşqçisi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest