Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
"Arsenal" doğma meydanda "Fulhem"i, "Mançester Yunayted" isə "Bernli"ni qəbul edib. London təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşibsə, "qırmızı şeytanlar" inamlı qələbəyə seviniblər.
Bu tur keçirilməli olan "Sauthempton" – "Kristal Pelas", "Aston Villa" – "Mançester Siti", "Lester" – "Vest Bromviç" matçları təxirə salınıb.
İngiltərə Premyer Liqası
32-ci tur
16 aprel
Everton – Tottenhem 2:2
Qol: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.
17 aprel
Nyukasl – Vest Hem 3:2
Qol: Diop, 36-öz qapısına. Joelinton, 41. Uillok, 82 – Diop, 73. Linqard, 80.
Vulverhempton – Şeffild Yunayted 1:0
Qol: V.Xose, 60.
18 aprel
Arsenal – Fulhem 1:1
Qol: Nketia, 90+7 – Maya, 59.
Mançester Yunayted – Bernli 3:1
Qol: Qrinvud, 48; 84. Kavani, 90+3 – Tarkovski, 50.
19 aprel
23:00 Lids – Liverpul
20 aprel
23:00 çelsi – Brayton