Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura start verilib.
Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
"Vulverhempton" doğma meydanda "Bernli"yə böyük hesabla uduzub.
Dörd qolun qeydə alındğı "Aston Villa" – "Vest Bromviç" matçında isə qalib müəyyənləşməyib.
ötən turda "Liverpul"la matçda bir xal qazanan "Lids"in bu turdakı qonağı "Mançester Yunayted" olub. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
Bu turun "Fulhem" – "Tottenhem" və "Mançester Siti" – "Sauthempton" matçları daha əvvəl keçirilib.
İngiltərə Premyer Liqası
33-cü tur
23 aprel
Arsenal – Everton 0:1
Qol: Leno, 76-öz qapısına.
24 aprel
Liverpul – Nyukasl 1:1
Qol: Salah, 3 – Uillok, 90+5.
Vest Hem – çelsi 0:1
Qol: Verner, 43.
Şeffild Yunayted – Brayton 1:0
Qol: Makqoldrik, 19.
25 aprel
Vulverhempton – Bernli 0:4
Qol: Vud, 15; 21; 44. Vestvud, 85.
Lids – Mançester Yunayted 0:0
Aston Villa – Vest Bromviç 2:2
Qol: El-Qazi, 9. Deyvis, 90+2 – M.Pereyra, 23. Minqs, 47-öz qapısına.
26 aprel
23:00 Lester – Kristal Pelas