Futbol üzrə İspaniya La Liqasının 34-cü turunun "Valensiya" ilə səfər oyunu "Barselona"nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, Valensiyadakı "Mestalya" stadionunda keçirilən görüş qonaqların 3:2 hesabla qələbəsi ilə bitib.
 
Messi komandasının bu qələbəsinə dublla töhfə verib. Argentinalı hücumçu qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb.
 
Lionel Messi İspaniya çempionatının cari mövsümündə 32 oyuna çıxıb. O, bu oyunlarda 28 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest