Bu gün futbol üzrə UEFA çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Matc.az xəbər verir ki, sonuncu oyun günündə İspaniya nəhəngi "Real" İngiltərədə yerli "çelsi" komandası ilə üz-üzə gəlib.
Bu komandalar arasında Madriddə baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınmışdı. Bu üzdən londonlulara mərhələ adlamaq üçün qolsuz heç-heçə də bəs edirdi. "Real" isə səfərdən mütləq qələbə ilə dönməliydi. Amma 90 dəqiqənin sonunda qələbəni meydan sahibəri bayram ediblər.
Daha öncə İngiltərənin "Mançester Siti" klubu Fransa çempionu PSJ-yə hər iki oyunda qalib gələrək (2:1, 2:0) finala yüksəlmişdi. Beləliklə, mayın 29-da İstanbulda keçiriləcək final görüşündə iki İngiltərə klubu – "çelsi" və "Mançester Siti" qarşılaşacaq.
UEFA çempionlar Liqası
Yarımfinalın cavab oyunu
5 may
"çelsi" – "Real" 2:0
Qol: Verner, 28. Maunt, 85.
London. "Stemford Bric" stadionu. Baş hakim: Daniele Orsato (İtaliya).
İlk oyun – 1:1.
çelsi: Eduard Mendi, Andreas Kristensen, Tyaqo Silva, Antonio Rudiger, Sesar Aspilikueta, Nqolo Kante, Jorjinyo, Ben çiluell, Kay Haverts, Meyson Maunt, Timo Verner.
Real: Tibo Kurtua, Ferlan Mendi, Serxio Ramos, Eder Militao, Naço, Luka Modriç, Kazemiro, Toni Kroos, Eden Hazard, Kərim Benzema, Vinisius Junior.