Qvardiolanın özü isə baş məşqçi kimi üçüncü dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Hər 3 həlledici qarşılaşma 3 müxtəlif onilliyə - 2008/09, 2010/11 (hər ikisi İspaniya "Barselona"sı) və 2020/21 mövsümlərinə təsadüf edib.

Futbol üzrə UEFA çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində Fransa çempionu PSJ-yə qarşı cavab oyunu İngiltərənin "Mançester Siti" klubu üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, bu oyundan 2:0 hesabıyla qalib ayrılan "şəhərlilər" qələbə sayında İngiltərə klubları üçün rekord müəyyənləşdiriblər.
 
Belə ki, Mançester təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ölkənin ardıcıl 11 qələbə qazanan ilk komandasına çevrilib. Xosep Qvardiolanın çalışdırdığı kollektiv bu mövsüm Fransanın "Olimpik" (Marsel, 3:0; 3:0), Yunanıstanın "Olimpiakos" (3:0; 1:0), Almaniyanın "Borussiya" (Mönhenqladbax, 2:0; 2:0), "Borussiya" (Dortmund, 2:1; 2:1) və Fransanın PSJ (2:1; 2:0) komandalarına hər iki oyunda qalib gəlib. "Portu"ya da bir oyunda qalib (3:1) gələn mançesterlilər cəmi bir oyundan heç-heçə (0:0) ayrılıblar ki, o, Portuqaliya təmsilçisi ilə səfərdəki görüşə təsadüf edib.
 
Qvardiolanın özü isə baş məşqçi kimi üçüncü dəfə çempionlar Liqasının finalına vəsiqə qazanıb. Hər 3 həlledici qarşılaşma 3 müxtəlif onilliyə - 2008/09, 2010/11 (hər ikisi İspaniya "Barselona"sı) və 2020/21 mövsümlərinə təsadüf edib. Əvvəllər belə bir nailiyyətə yalnız Aleks Ferqyuson "Mançester Yunayted"in baş məşqçisi kimi 1998/99, 2007/08, 2008/09 и 2010/11 mövsümlərində imza atıb. Əvvəlki iki finalda Qvardiola məhz Ferqyusonla üz-üzə gəlib.
 
Bu dəfə "Mançester Siti" finalda "çelsi" (İngiltərə) - "Real" (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq. Madriddəki ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Londondakı cavab görüşü isə bu gün baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest