Futbol üzrə Moldova kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Sfintul George” ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtın 114-cü dəqiqəsində daha bir qol vuran “Sfintul George” ardıcıl üçüncü dəfə Moldova kubokunun finalına yüksəlib. Digər finalçı “Şerif” olub.
 
Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 116-cı dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest