"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyun gərgin keçdi. Köklənmişdik, qələbə qazanmaq istəyirdik. 3 xalın bizim üçün çox vacib olduğunu bilirdik. Amma alınmadı. Müəyyən qol epizodları əldə etdik. Rəqibin də yaxşı əks-hücumları olurdu, lakin onlar da imkanlarından yararlana bilmədilər.
 
6-7 oyundur 4-5 günlük fasilələrlə meydana çıxırıq. Futbolçularımızın belə sıx qrafikdə oynamaqda çətinlik çəkdiklərini hamımız bilirik. Bundan ötrü fiziki kondisiya və geniş heyət lazımdır. Bəzi oyunçuların dincəlmələri və ikinci hissədə daha gümrah olmaları üçün müəyyən rotasiyalar etdik. Bu, effekt versə də, qələbəyə çevirə bilmədik. Qarşıdakı turlarda əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr göstərək".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest