Türkiyənin "Göztəpə" klubu müdafiəçisi Atınç Nukan ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasındakı yeni müqavilənin müddəti 3 illikdir. Əvvəlki anlaşmanın müddəti bu ayın sonunda bitəcəkdi.
 
Qeyd edək ki, Atınç Nukan 2019/20 mövsümünün əvvəlindən "Göztəpə"nin uğurları üçün çalışır. O, geridə qalan iki mövsüm ərzində bu komandanın heyətində 32 Super Liqa, 4 kubok matçına çıxıb. 27 yaşlı futbolçu bu görüşlərdə 3 qol da vurub.
 
"Beşiktaş"ın yetirməsi olan Atınç Nukan, 2010-2015-ci illər aralığında bu komandanın heyətində olarkən bir müddət "Dardanelspor"da da icarədə oynayıb. 2015-ci ildə isə o, Almaniyanın "Leypsiq" klubuna icarəyə verilib. 2016-cı ildə "Beşiktaş" keçmiş müdafiəçisini iki illik icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest