“Yuventus” klubunun vitse-prezidenti Pavel Nedved mövsümün sonunda komandadan ayrılacağı iddia olunan hücumçu Kriştiano Ronaldo və baş məşqçi Andrea Pirlo ilə bağlı açıqlama verib.
 
Matc.az xəbər verir ki, “Football İtalia” nəşrinə danışan Nedved, Ronaldo və Pirlonun komandada qalacağını deyib:
 
“Ronaldo və Pirlo “Yuventus”da qalacaq. Bəli, indi çətin zamanlardan keçirik, ancaq sona qədər mübarizə aparacağıq”.
 
“Yuventus” A Seriyasında 5-ci sıradadır. İtaliya mətbuatının xəbərinə görə, mövsümün sonunda Pirlo və Ronaldo komandanı tərk edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest