Almaniyanın “Leypsiq” klubu futbolçusu Emil Forsberqlə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İsveçli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi artırılıb.
 
Qeyd edək ki, Forsberq 2015-ci ildən Bundesliqa təmsilçisində oynayır. 29 yaşlı oyunçu indiyə kimi meydana çıxdığı 211 matçda 47 qol vurub, 56 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest