Futbol üzrə İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
“Hueska” “Atletik”i, “Selta” da “Xetafe”ni minimal hesabla üstələyib. “Sevilya” da doğma meydanda “Valensiya” ilə oyunda 3 xalı tək qolla qazanıb.
 
Lider “Atletiko” isə bu turda “Real Sosyedad”ı qəbul edib. Madrid təmsilçisi qələbə qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib.
 
İspaniya La Liqası
36-cı tur
11 may
 
Osasuna – Kadis 3:2
Qol: Budimir, 38; 75. Torres, 86 – Saponyiç, 49-pen. Perea, 90+1.
 
Elçe – Alaves 0:2
Qol: Xoselu, 40. Rioxa, 54.
 
Levante – Barselona 3:3
Qol: Melero, 57. Morales, 59. Leon, 83 – Messi, 85. Pedri, 34. Dembele, 64.
 
12 may
 
Sevilya – Valensiya 1:0
Qol: En Nesiri, 66.
 
Hueska – Atletik 1:0
Qol: Ramires, 61.
 
Selta – Xetafe 1:0
Qol: Nolito, 24.
 
Atletiko – Real Sosyedad 2:1
Qol: Karrasko, 16. Korrea, 28 – Zubeldia, 83.
 
13 may
 
21:00 Valyadolid – Vilyarreal
22:00 Eybar – Betis
00:00 Qranada – Real

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest