Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda I Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
25-ci turun "Sabah-2" – "Turan Tovuz" oyununda "Turan Tovuz"un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
Turun MOİK – "Sumqayıt-2" oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.
 
Turun "Zaqatala" – "Qaradağ Lökbatan" oyununda "Zaqatala"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
26-cı turun "Neftçi-2" – "Sabah-2" oyununda "Sabah"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
Turun "Turan Tovuz" – "Zaqatala" oyununda "Turan Tovuz"un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Bu oyunda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub.
 
Turun "Sumqayıt-2" – "Qarabağ-2" oyununda "Qarabağ"ın futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.
 
Turun "Qaradağ Lökbatan" – MOİK oyununda MOİK-in futbolçusu Hüseyn Hüseynli "kobud oyuna" görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest