I Divizionda 2020/2021-ci illər mövsümünün sonuncu oyunu "Zaqatala – "Neftçi-2" qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
 
Matc.az xəbər verir ki, "Neftçi" Futbol Mərkəzinin 4-cü meydançasında baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, "Neftçi" klubunun prezidenti Kamran Quliyev və başqa rəsmi şəxslər iştirak etdilər.
 
Hələ 2 tur əvvəl çempionluğu təmin edən "Neftçi-2"yə qızıl, "Zaqatala"ya isə gümüş medallar təqdim edildi.
 
ötən tur üçüncü olacağı dəqiqləşən "Turan Tovuz" bürünc medallara sahib çıxdı.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest