UEFA Konfrans Liqasının ilk iki mərhələsində iştirak edəcək 82 komanda müəyyənləşib. Matc.az xəbər verir ki,  I təsnifat mərhələsinin 47, ikinci raundun 35 iştirakçısı dəqiqləşib. İlk dəfə keçiriləcək turnirə ilk mərhələdən başlayacaq komandalardan 17-si səpələnmiş, 15-i səpələnməmişlər sırasındadı. Digər klubların hansı səbətdə yer alacağı hələ dəqiqləşməyib.

Azərbaycan təmsilçiləri yarışa II mərhələdən başlayacaq. Onlardan ikisi artıq bəllidi. "Qarabağ"la "Sumqayıt"ın hansı səbətdə olacağı hələ tam rəsmiləşməyib.

Bununla belə, reytinqinə əsasən 82 komanda arasında üçüncü olan "Qarabağ" böyük ehtimalla, səpələnənlər arasında yer alacaq.  "Sumqayıt"ın isə hansı səbətdə yer alacağı digər komandalardan asılıdı.

Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər:
"Dandolk" (İrlandiya), "Suduva" (Litva), TNS (Uels), "Spartak" (Slovakiya), "Olimpiya" (Sloveniya), "Klaksvik" (Farer adaları), "KuPS" (Finlandiya), "Hafnarfyordur", "Styarnan" (hər ikisi İslandiya), "Sutyeska" (Monteneqro), "Europa" (Cəbəllütariq), "Liepaya" (Latviya), "Hibernians" (Malta), "Levadiya" (Estoniya), (İslandiya), "Fehervar", "Uypeşt", "Puşkaş Akademiyası (hamısı Macarıstan)

Qeyri-müəyyənlər: "Slaşk" (Polşa), "Sileks", "Şkupi" (hər ikisi Şimali Makedoniya), "Petrokub" (Moldova), "Runavik" (Farer adaları), "Jilina" (Slovakiya), "Bala Taun" (Uels), "Qzira" (Malta), "Breydablik" (İslandiya), "Sent Cozef" (Cəbəllütariq), "Milsami" (Moldova), "Panevejis", "Jalgiris" (hər ikisi Litva), RFS (Latviya), "İnter" (Finlandiya)  

Səpələnməmişlər: "Bohemians", "Sliqo Rovers" (hər ikisi İrlandiya), "Struqa" (Şimali Makedoniya), "Sfantul" (Moldova), "Birkirkara" (Malta), "Valmiera" (Latviya), "Qaqra", "Dila" "Dinamo" Batumi (hər üçü Gürcüstan), "Honka" (Finlandiya), "Llapi" (Kosovo), "Mons" (Cəbəllütariq), "Payde" (Estoniya), "Deçiç", "Podqoritsa" (hər ikisi Monteneqro)

II təsnifat mərhələsi: "Bazel", "Servett" (İsveçrə), "Astana", "Tobol", "Şaxtyor"  (hamısı Qazaxıstan), "Qarabağ", "Sumqayıt" (Azərbaycan), "Styaua" (Rumıniya), PAOK, AEK, "Aris" (hamısı Yunanıstan), "Partizan", "çukariçki", "Voyvodina"  (hamısı Serbiya), BATE, Torpedo, (hər ikisi Belarus), "Molde", "Rusenborq", "Valerenqa"  (hamısı Norveç), "Apollon" (Kipr), "Santa Klara" (Portuqaliya), MOİK (Bolqarıstan), "Soçi" (Rusiya), "Aberdin" (Şotlandiya), "Vorskla" (Ukrayna), "Sivasspor" (Türkiyə), "Osiyek" (Xorvatiya), AEL (Kipr), "Slovaçko" (çexiya), "Dunayska Ştreda" (Slovakiya), "Haken", "Elfsborq" (hər ikisi İsveç), "Lokomotiv" (Plovdiv, Bolqarıstan), "Rakov", "Poqon" (hər ikisi Polşa).

Xatırladaq ki, ilk iki mərhələnin püşkatma mərasimi iyunun 15-16-da keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest