10 Oktyabr 2018, 15:05
MPL
Bu gün AFFA-nın inzibati binasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri və nümayəndələri ilə görüş keçirib. Matç.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, tədbirdə fikir mübadiləsi aparılıb.
Həmçinin klub nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib, bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.
Maraqlıdı ki, 8 Premyer Liqa klubundan yalnız ikisinin baş məşqçisi tədbirə qatılıb. Bunlar "Neftçi"nin çalışdırıcısı Roberto Bordin və "Keşlə"nin "sükanı arxası"nda dayanan Mladen Milinkoviçdi. Yerli mütəxəssislərin rəhbərlik etdiyi digər 6 klub isə köməkçi məşqçilər və nümayəndələrlə təmsil olunub.