Futbol üzrə Azərbaycan kubokunda 2020/21 mövsümünün qalibi "Keşlə" oldu. Matc.az xəbər verir ki, finalda "Sumqayıtı" 2:1 hesabı ilə məğlub edən paytaxt klubu 3 ildən sonra yenidən kuboka yiyələndi. 
 
Beləliklə, qəsəbə təmsilçisi tarixinin 6-cı finalında ikinci dəfə qalib gəldi.
 
Final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. "Bank Respublika Arena"da baş tutan tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak ediblər. Əvvəlcə görüşün hakimlərinə xüsusi hədiyyələr verilib, gümüş medalın sahibi "Sumqayıt" futbolçuları mükafatlandırılıb. Daha sonra qalib "Keşlə"yə qızıl medallar və kubok təqdim edilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest