19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı başlayıb. Matc.az xəbər verir ki, millimiz mayın 31-dək Bakıda, iyunun 1-dən 3-dək Belarusun Minsk, 3-dən 6-dək isə Moldovanın Kişinyov şəhərində hazırlıq keçəcək.
 
U-19 hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Millimiz iyunun 2-də Belarusun U-19, 4-də və 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq.
 
Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
1. Ramazanov Amin – Lokomotiv (Rusiya)
2. Tağızadə Eldar - Klermon (Fransa)
3. Həsənov Rəşad - Keşlə
4. Hüseynov Cəlal - Zirə
5. Ağayev Nihad - Sumqayıt
6. Babayev Hüseyn - Neftçi
7. Pesotski Nikita - Stroqino (Rusiya)
8. Mədətov ülvü - Qəbələ
9. Əhmədov Mirəli - Neftçi
10. Əsədov Zöhrab - Qarabağ
11. Rüstəmli Rauf - Qəbələ
12. Əliyev Xəyal - Sabah
13. Oral Yusuf - Beşiktaş (Türkiyə)
14. Vardar Berkay - Beşiktaş (Türkiyə)
15. Kazımov Kamal - Kasımpaşa (Türkiyə)
16. Qənbərov Vüsal - Keşlə
17. Ağayev Mahmud - Zirə
18. Baxşalı Mehrac - Qəbələ
19. Əsədov Gülağa - Qəbələ
20. Qarayev Taleh - Qəbələ
21. Musazadə Musa - Qarabağ
22. Canıyev Mirmövsüm - Qarabağ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest