"Sabah" hücumçusu Xulio Rodriqeslə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı hücumçu ilə bir illik yeni sözləşmə imzalanıb. Paraqvaylı oyunçu ötən ilin fevralında "Sabah"a keçib. O, başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, "Sabah" Xulio Rodriqesdən öncə Saşa Stamenkoviç və Zurab Oçiqava ilə də yeni müqavilə bağlamışdı. Paytaxt klubu Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Dmitro Klots və Kevin Kubemba ilə yollarını ayırıb. Əvəzində "Zirə"dən Elvin Camalov transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest