Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün simvolik yığması açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sıyahıda 23 oyunçunun adı yer alıb.
 
ÇL-in qalibi olan “Çelsi” siyahıda 6 futbolçu ilə təmsil olunub. Finalda uduzan “Mançester Siti”dən isə 5 futbolçu bu heyətə düşüb.
 
Qapıçılar: Tibo Kurtua (“Real”), Eduard Mendi (“Çelsi”), Ederson (“Mançester Siti”);
 
Müdafiəçilər: Antonio Rüdiger (“Çelsi”), Ben Çiluell (“Çelsi”), David Alaba (“Bavariya”), Ruben Dias (“Mançester Siti”), Markinyos (PSJ), Sesar Aspilikueta (“Çelsi”);
 
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Serjio Oliveyra (“Portu”), Fil Foden (“Mançester Siti”), Jorjinyo (“Çelsi”), Meyson Maunt (“Çelsi”), Nqolo Kante (“Çelsi”), Kevin De Breyne (“Mançester Siti”), İlkay Gündoğan (“Mançester Siti”);
 
Hücumçular: Robert Levandovski (“Bavariya”), Kərim Benzema (“Real”), Neymar (PSJ), Erlinq Haland (“Borussiya”, Dortmund), Kilian Mbappe (PSJ), Lionel Messi (Barselona).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest