"Atletiko"nun mərkəz müdafiəçisi Kristian Romero Argentina milli komandasının yeni kapitanı olacaq.

Matc.az xəbər verir ki, bu barədə "TyC Sports" nəşri məlumat yayıb.

Bildirilir ki, Romerodan başqa, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni kapitanlıq roluna "Çelsi"nin qapıçısı Emiliano Martinesi və "Lion"un müdafiəçisi Nikolas Talyafikonu da nəzərdən keçirirdi.

Romero 2021-ci ildən Argentina millisində çıxış edir, ümumilikdə 58 oyun keçirib və 4 qol vurub. O, komanda ilə 2022-ci il dünya çempionu və son DÇ-2026-nın finalçısı olub. Bu ilin yayında 28 yaşlı müdafiəçi "Tottenhem"dən Madrid klubuna transfer olunub.

Xatırladaq ki, Argentina millisində kapitanlıq sarğısı bu ilin avqust ayının sonunda Lionel Messinin milli komandadakı karyerasını başa vurduğunu elan etməsindən sonra vakant qalmışdı. Komandadakı 10 nömrəli formanı isə ondan sonra "Komo"dan Niko Pas miras alacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest