Müdafiəçi Rodrigo Bekao "Fənərbaxça"dan icarə əsasında Moskvanın "Rodina" klubuna keçib.

Matc.az xəbər verir ki, bu barədə Moskva klubunun teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, futbolçu ilə müqavilə 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Bekao daha əvvəl 2018 və 2019-cu illərdə MOİK-in heyətində Rusiya çempionatında çıxış edib. Bekao "orduçular"ın heyətində Rusiya Superkubokunun qalibi olub.

30 yaşlı futbolçu 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edirdi. Braziliyalı oyunçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 2 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest