Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Belarusla qarşılaşıb.

Minskdəki "Dinamo" stadionunda keçirilən oyuna Bakı vaxtı ilə saat 20:00-da start verilib. Oyunda hesabı meydan sahibləri açsa da, sonradan iki qol vuran yığmamız meydanı əzmkar qələbə ilə tərk edib.

Azərbaycan millisi bundan əvvəlki yoxlama oyununda Türkiyəyə 1:2 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
2 iyun

Belarus – Azərbaycan 1:2
Qol: M.Skavış, 56 – B.Hüseynov, 73. R.Şeydayev, 90+1.
Baş hakim: Dumitru Muntean (Rumıniya).
Minsk. "Dinamo" stadionu.

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Kiril Peçenin, 3. Maksim Şvetsov, 4. Maksim Molodko, 5. Artem Bıkov, 6. Ruslan Xadarkeviç, 9. Maks Ebonq, 11. Maksim Skavış (k), 13. Nikolai Zolotov, 14. Yevgeni Yablonski, 20. Dmitri Antilevski.
Ehtiyat oyunçular: 1. Anton çiçxan, 16. Vladislav Vasilyuçek, 7. Qleb Şevçenko, 8. İhar Zayats, 10. Denis Qreçixo, 15. Roman Yuzepçuk, 17. Andrey Solovey, 18. Pavel Sedko, 19. Dmitri Pedstrelov, 21. Vladislav Klimoviç, 22. Danila Neçayev, 23. Yevgeni Şevçenko.
Baş məşqçi: Georgi Kondratyev.

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 21. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 6. Vüqar Mustafayev, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Şəhriyar Əliyev, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoli Nuriyev, 20. İsmayıl İbrahimli, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest