Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
 
Matc.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Samuel Kristoferlə (Fransa) üz-üzə gəlib.
 
Görüş rəqibin qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, Əliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin koronavirus pandemiyası üzündən dayandırılan yarışda 1/4 final mərhələsinə yüksəlməklə Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest