İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Türkiyənin "Qalatasaray" komandası ilə matçdan sonra stadionun otaqlarından birində kilidli qalıb.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" portalının jurnalisti Pol Ballus özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Almaniyalı mütəxəssis otaqda kilidli qaldığı üçün oyundan sonrakı mətbuat konfransına vaxtında gələ bilməyib, arenanın əməkdaşları isə bir müddət açarı tapa bilməyiblər.
İstanbulda keçirilən görüş "Barselona"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona" Çempionlar Liqasının cari mövsümündə hər iki oyunda qələbə qazanıb. "Qalatasaray" isə ümumi mərhələnin ilk iki qarşılaşmasında məğlub olub.













