14 Oktyabr 2026, 14:39
FUTBOL
İtaliyanın "Milan" klubunun müdafiəçisi Strahinya Pavloviç komanda ilə müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, serbiyalı müdafiəçi 2031-ci ilədək nəzərdə tutulan yeni müqaviləyə imza atacaq. Hazırda "Milan" rəsmi olaraq müqavilənin uzadıldığını elan etməyib.
Pavloviç 2024-cü ilin yayından "Milan"da çıxış edir. A Seriyasının cari mövsümündə müdafiəçi keçirdiyi 6 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.













