Azərbaycan millisinin boksçusu Cavid çələbiyev (63 kq) Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünə çıxıb.
 
Matc.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən dünya çempionumuz 1/4 çərçivəsində Sofyan Umia ilə üz-üzə gəlib.
 
çələbiyevin Fransadan olan rəqibi ilə görüşü gərgin alınıb. Dünya çempionlarının duelindən Umia qalib ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest