Futbol üzrə Gürcüstan çempionatında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçunun adı bu görüşün iştirak ərizəsində də yer almayıb.
 
Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 16 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest