Argentina yığmasının Amerika Kubokunun qrup mərhələsi çərçivəsində çiliyə qarşı keçirdiyi oyun Lionel Messi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu 1:1 hesabıyla bitən görüşdə komandasının yeganə qoluna imza atıb.
 
Bu, Messinin Argentina yığmasının heyətində keçirdiyi rəsmi matçlarda 39-cu qoludur. "Barselona"nın şərəfini qoruyan futbolçu, bu göstərici üzrə əfsanəvi Qabriel Batistutanı (38 qol) geridə qoyub.
 
Messi Argentina yığmasının heyətində qeyri-rəsmi oyunlar da nəzərə alınmaqıa bütövlükdə 145 matç keçirib. O, bu oyunlarda 73 qol vurub. Batistuta isə 49 görüşdə 45 dəfə fərqlənib. Siyahıdakı ilk üçlüyü 97 oyunda 41 qolla Serxio Aquero bağlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest