Almaniyanın "Hoffenhaym" klubu yarımmüdafiəçisi Sebastyan Rudi ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı alman futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti iyunun 30-na kimi idi.
 
Qeyd edək ki, Sebastyan Rudi müqavilə ilə "Şalke"yə məxsus idi. O, son iki mövsümdə "Hoffenhaym"da məhz icarə əsasında çıxış edirdi. Lakin yeni müqaviləyə əsasən, təcrübəli yarımmüdafiəçinin transfer hüquqları da "Hoffenhaym"da olacaq.
 
Rudi 2018-ci ildən "Şalke"də çıxış edirdi. "Ştutqart"ın yetirməsi olan futbolçu, 2017/18 mövsümündə "Bavariya"da da oynayıb. 2010-2017-ci illər aralığında isə o, məhz "Hoffenhaym"ın uğurları üçün çalışıb. Almaniya yığmasında da oynamış futbolçu indiki klubunun rekordçusudur. O, "Hoffenhaym"da Bundesliqa çərçivəsində bütövlükdə 252 matça çıxıb ki, bu oyunlarda 13 qol vurub, 35 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest