İspaniyanın "Selta" klubu qapıçısı İvan Vilyar ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı qolkiper 3 illik yeni sözləşməyə imza atıb. Əvvəlki müqavilənin müddəti bu yaya qədər idi.
 
İvan Vilyar "Selta"nın öz yetirməsidir. İspaniyalı qolkiper 2017-ci ildən əsas komandanın da heyətində meydana çıxır. Geridə qalan mövsümdə 23 matça çıxan qapıçı, 35 qol buraxıb. O, 2018-ci ildə "Levante"də icarədə də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest