İspaniyanın "Real" klubu müdafiəçisi Naço Fernandes ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
 
31 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
 
Naço "Real"ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 233 oyuna çıxıb, 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest