"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Ağdam klubu Monteneqro milli komandasının cinah oyunçusu Marko Veşoviçi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı oyunçu "Qarabağ"la 2 illik müqavilə bağlayıb. Monteneqrolu futbolçu Ağdam klubunda "29" nömrəli formanı geyinəcək. O, Azərbaycan klubuna azad agent statusunda keçib.
 
Veşoviç peşəkar karyerasına "Buduçnost" klubunda başlayıb. O, karyerası ərzində ölkəsinin "Mladost", Serbiyada "Srvena Zvezda", İtaliyada "Torino", "Spetsiya", Xorvatiyada "Riyeka", Polşada "Legiya" klublarının da formasını geyinib. Müdafiəçi Monteneqro millisində 32 oyunda 2 qol vurub. O, 2018-ci ildən formasını geyindiyi Polşa "Legiya"sından bu yay ayrılıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest